Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda futzal turniri davam edir. İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan növbəti qrup görüşləri də gərgin idman mübarizəsi şəraitində keçib.
Cari oyun günündə Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Energetika Xidməti və Dövlət Vergi Xidməti komandaları günü qalibiyyətlə başa vurublar.
Qrup mərhələsinin növbəti oyunlarına mayın 31-i saat 10:00-dan etibarən start veriləcək.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə 17 komanda 4 qrup üzrə mübarizə aparır. Qruplarda ilk iki yeri tutan komandalar pley-off mərhələsinə adlayacaq.